Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda elektron bankçılıq inkişaf edir: Köçürmələrin həcmi 96 milyard manata çatıb

125 Baxış

Hökumət Ödəniş Portalı üzərindən 2020-ci il ərzində həyata keçirilən əməliyyatların ümumi həcmi 3,3 milyard manat təşkil edib.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu əməliyyatların 54 faizi nağdsız formada aparılıb. Aparılan nağdsız əməliyyatların həcmi 2019-cu il ilə müqayisədə 22 faiz artıb.

2020-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2019-cu il ilə müqayisədə 26 faiz artaraq 28,1 milyard manata çatıb. Ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız hesablaşmaların həcmi isə 34 faiz artaraq 6,4 milyard manat olub.

Ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 2019-cu il ilə müqayisədə 55 faiz artaraq 68,7 milyon ədəd, həcmi isə 22 faiz artaraq 3,9 milyard manat olub.

Dövriyyədə olan təmassız ödəniş kartlarının sayı 2019-cu il ilə müqayisədə 2,5 dəfə artaraq 3,7 milyon ədəd, təmassız ödənişləri qəbul edən POS terminalların sayı isə 13 faiz artaraq 34,2 min ədəd olub. Təmassız ödənişlərin sayı və həcmi isə 2019-cu ilin göstəricilərini müvafiq olaraq 4,3 və 5,4 dəfə üstələnib.

Müasir dövrün əsas çağırışlarından olan elektron bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpıb. 2020-ci il ərzində elektron bankçılıq vasitəsilə cari hesablardan aparılmış müştəri köçürmələrinin ümumi sayı 42,4 milyon ədəd, həcmi isə 95,7 milyard manat təşkil edib. 2019-cu il ilə müqayisədə köçürmələrin sayı 79 faiz, həcmi isə 55 faiz artıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678