Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xəstəliklərdən azad zonanın yaradılması sahəsində Türkiyənin təcrübəsi öyrəniləcək – FOTO

107 Baxış

AQTA sədri Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyətini qəbul edib.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Heyvandarlıq Baş idarəsinin rəisi Zekeriyya Erdurmuş, Ət və süd məhsulları Baş idarəsinin rəisi Osman Uzun, Qida və nəzarət Baş idarəsinin rəisi Harun Seçkin və qurumun Avropa İttifaqı və Xarici Əlaqələr Baş idarəsinin rəis müavini Ferhat Çolakın da daxil olduğu nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın perspektivləri və görüləcək işlər müzakirə olunub.

Ölkəmizdə heyvan sağlamlığının təmin olunması və baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili, həmçinin heyvanların identifikasiyası sisteminin qurulması ilə bağlı məsələləri diqqətə çatdıran AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində gələcəkdə imzalanacaq sazişlərin birgə əməkdaşlığa tövfə verəcəyini vurğulayıb.

Görüşdə baytarlıq və fitosanitar sertifikatların qarşılıqlı tanınması, xəstəliklərdən azad zonanın yaradılması, həmçinin bitki sağlamlığı sahəsində Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi məqsədilə birgə təlimlərin təşkili və digər məsələlər müzakirə olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678