Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Emin Əmrullayev: “Təhsil ictimaiyyətinin fikrini öyrənmək faydalıdır” – FOTO

125 Baxış

“Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir və bu amillərin prioritetləşdirilməsi Təhsil Nazirliyi üçün olduqca vacibdir”.

Bu barədə təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında yazıb.

Nazir bildirib ki, bu məqsədlə geniş təhsil ictimaiyyətinin (müəllimlər, valideynlər, təhsil işçiləri) fikrini öyrənmək faydalıdır:

“Keyfiyyətli təhsil üçün sorğu yaradılıb. Sorğudakı bəndlərin hər biri təhsil prosesinin keyfiyyətli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Seçdiyiniz bəndi rəy bölməsinə qeyd etməklə, yaxud keçidə daxil olmaqla sorğuda iştirak edə bilərsiniz”.

Təhsilin keyfiyyətinə müxtəlif amillər təsir edir. Təhsil Nazirliyi üçün bu amillərin prioritetləşdirilməsi olduqca…

Posted by Emin Amrullayev on 15 Mart 2021, Bazar ertəsi


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678