Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sumqayıtda quyudan kişi meyiti tapıldı

138 Baxış

Sumqayıtda quyudan kişi meyiti tapılıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində quyuda aşkarlanmış naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. 

Müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678