Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bayram bazarlığı neçəyə başa gəlir? – VİDEO

128 Baxış

Sabah ilaxır çərşənbədir. Novruz ərəfəsində bayram alış-verişi üçün hər kəs bazarlara üz tutur.

Baku TV xəbər verir ki, hazırda bazarda kiloqramı 30 qəpikdən tutmuş 3 manata qədər olan alma çeşidlərinə rast gəlmək mümkündür. 

Armud 1 manat 40 qəpikdən, heyva 70 qəpikdən, nar 1 manat 50 qəpikdən, mandarin 2 manatdan, portağal isə 1 manat 70 qəpikdən başlayan qiymətlərlə alıcılara təklif edilir. 

Çərəzlərin də qiymətləri fərqlidir. Qozun kiloqramı 2 manat 80 qəpiklə 10 manat aralığında dəyişir. Məhsulun ləpəsi isə 7 – 23 manat aralığındadır. Fındıq ləpəsi istəsəniz 1 kiloqramına ən azı 13 manat verməli olacaqsınız.

Bazarda qiymətlər kimi fikirlər də fərqlidir. Alıcılardan bəziləri ucuzluq olduğunu bildirsə də, bəziləri qiymətlərdən heç də razı görünmür. 

Satıcıların əksəriyyəti isə alıcılıq qabiliyyətinin normal olduğunu bildirdilər. 

Ətraflı süjeti təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678