Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Komitə sədri vətənpərvərliklə bağlı qanun layihəsi barədə DANIŞDI

141 Baxış

“Vətənpərvərlik tərbiyəsi ilə bağlı” qanun layihəsi hazırlanır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev məlumat verib.

O bildirib ki, Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələr parlamentin qarşısında böyük vəzifələr qoyub və onlardan biri də gənclərin milli ruhda, vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlıdır.

Deputat diqqətə çatdırıb ki, xüsusən Vətən müharibəsi zamanı vətənpərvər gənclərimizin döyüş şücaəti sayəsində əldə olunan Şanlı Zəfər fonunda komitənin müzakirəsinə çıxarılan “Vətənpərvərlik tərbiyəsi ilə bağlı” qanun layihəsinin hazırlanması məsələsi xüsusi aktuallıq kəsb edir.

Komitə üzvləri  Musa Qasımlı, İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Fatma Yıldırım, Şahin Seyidzadə gənc nəslin milli ruhda böyüməsinin və onlara vətənpərvərliyin aşılanmasının qanunvericilikdə təsbit olunması ilə bağlı fikirlərini səsləndiriblər.

Deputatlar müasir dövrdə gənclərin xarici təsirlərdən qorunmasının, tarixi, milli dəyərlərə və dövlətçiliyə sadiqlik ruhunda yetişdirilməsinin vacibliyini qeyd edərək bu məsələnin əhəmiyyətindən danışıblar.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678