Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda sürücü piyadanı vuraraq hadisə yerindən qaçdı

113 Baxış

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Bülbülə qəsəbəsində 1975-ci il təvəllüdlü İsmayılov Müşviq Əlişan oğlunu evinin qarşısında avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona bədənin küt travması diaqnozu qoyulub.

Qeyd edək ki, sürücü hadisə yerindən qaçıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678