Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gün Vətən müharibəsi şəhidinin 34 yaşı tamam olur – FOTO

128 Baxış

Bu gün 44 günlük Vətən müharibəsinin iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, şəhid kapitan Seymur Cabbarovun doğum günüdür. 

Oxu.Az xəbər verir ki, 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çərçiboğan kəndində anadan olan şəhidimiz 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində təhsil alıb.

2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzinin Zabit İxtisas Kursunu bitirib. Xidməti dövründə Azərbaycanın Gəncə, Gədəbəy, Füzuli, Naxçıvan, Ağcabədi və Beyləqandakı hərbi hissələrdə xidmət edib. 

Şəhid kapitan Seymur Cabbarov 27 sentyabr 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan İkinci Qarabağ müharibəsində iştirak edərək düşmənin canlı qüvvəsinin və çoxsaylı texnikasının məhv edilməsində fəallıq göstərib. 

O, oktyabrın üçü Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Şəhid kapitan Seymur Cabbarovun vətənə əmanət iki övladı qalıb.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678