Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AQTA Abşeronda quşların kütləvi tələf olmasının səbəbini AÇIQLADI

121 Baxış

Abşeron rayonu, “Bərk-dərə” adlanan ərazidə quşçuluq fəaliyyəti ilə məşğul olan müəssisədə quşların kütləvi tələfatı ilə bağlı məsələdən xəbərdarıq. Tələf olmuş quşlardan nümunələr götürülüb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib. 

Bildirilib ki, həmin müəssisəyə 21 fevral 2021-ci il tarixində baxış keçirilib:

“Agentliyin mütəxəssisləri tərəfindən bununla bağlı müvafiq araşdırmalar aparılıb və zəruri tədbirlər həyata keçirilib. Tələf olmuş quşlardan nümunələr götürülərək müayinə olunması üçün AQTİ-nin müvafiq laboratoriyasına təqdim olunub. Laborator müayinənin nəticələrinə əsasən, quşlarda qarışıq infeksiyon xəstəlik törədiciləri aşkarlanıb. Təlimata uyğun olaraq, tələf olmuş quşlar mütəxəssislərin iştirakı ilə biotəhlükəsizlik qaydalarına uyğun məhv edilib. Müəssisə AQTA-nın baytar müfəttişləri tərəfindən nəzarətə götürülüb və hazırda müvafiq qurumlarla birgə təsərrüfatda sağlamlaşdırıcı tədbirlər davam etdirilir”.

Məlumatda o da qeyd olunub ki, ümumiyyətlə son iki ay ərzində media vasitəsi ilə əhaliyə ünvanlanmış müraciətlər nəticəsində AQTA-nın “1003-Çağrı Mərkəzi”nə  ölkəmizin bəzi ərazilərində, o cümlədən parklarda quşların kütləvi tələfatı ilə bağlı bir sıra məlumatlar daxil olub və hər bir məlumat araşdırılaraq müvafiq tədbirlər görülüb:

“Bir müddət əvvəl media səhifələrində dərc olunmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “Gülüstan parkı” adlanan ərazidə qarğaların kütləvi tələfatı ilə bağlı məlumatların araşdırılması nəticəsində həmin hadisənin səbəbinin havaların kəskin soyuması ilə bağlı fizioloji ölüm və qarışıq infeksiya olduğu müəyyənləşdirilib.

AQTA bir daha vətəndaşlara diqqətli olmağı, xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağı, şübhəli hallarla bağlı dərhal agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat verməyi tövsiyə edir”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678