Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir postmüharibə dövründə göstərilən sosial dəstəkdən DANIŞDI

119 Baxış

“Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, yaralanmış hərbçilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı geniş sosial dəstək tədbirləri həyata keçirilir. Bu dəstək paketi artıq 20 mindən çox insanı əhatə edib”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

Nazir artıq 2850 şəhidin 7230 ailə üzvünə 12846 istiqamət (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) üzrə sosial ödəniş təyinatı aparıldığını, 83 mülki şəhidin də 206 ailə üzvünə 400 sosial ödəniş təyin edildiyini diqqətə çatdırıb. 

S.Babayev bildirib ki, Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiya hərbi qulluqçuları birgə əyani müayinədən keçirir.

“Artıq 200-ə yaxın qazimizə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb. Bu təyinatla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, yəni elektron sistem üzərindən təyin olunur. 

9 min nəfərə psixokorreksiya işləri aparıldığını qeyd edən nazir 3700-ə yaxın şəxsin aktiv məşğulluq proqramları, o cümlədən onlardan 3030-nun özünüməşğulluq proqramı ilə əhatə olunduğunu bildirib.

645 nəfərin haqqı ödənilən ictimai işlər, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramlarından da istifadə edilməklə məşğulluq məsələlərinin operativ həll olunduğunu bildirib. Həmçinin Reabilitasiya Müəssisələrində artıq 500 qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərildiyini qeyd edib”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678