Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gədəbəydə qəza: Bir nəfər öldü

128 Baxış

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatya görə, hadisə rayonun Arıqıran kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qoşabulaq kənd sakini R.Sadıqov idarə etdiyi VAZ-21154 markalı avtomobillə yolu keçən Parakənd kənd sakini D.Hüseynovanı vurub. 

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678