Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın su potensialının çox hissəsi Qarabağdadır – AÇIQLAMA

124 Baxış

Azərbaycan azsulu ölkələrdən biri olduğu üçün ölkə suya olan tələbatının 70 faizini kənardan formalaşdırır. Azərbaycanın su potensialının çox hissəsi məhz Qarabağdadır.

Oxu.Az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, işğaldan azad olunan ərazilərdə su ehtiyatları ilə bağlı müvafiq monitorinq işləri davam etdirilir.

F.Əliyev qeyd edib ki, Ermənistan zaman-zaman ekologiya ilə bağlı konvensiyaları pozub: 

“Bilirsiniz ki, transsərhəd çayların və beynəlxalq göllərin mühafizəsi ilə bağlı konvensiya var. Ermənistan bu konvensiyanın üzvü olmadığı üçün heç bir məsuliyyət də daşımır. Müvafiq monitorinqlər gedir, ilkin araşdırmalarla bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq”.

“Ermənilər Oxçuçay üzərindəki filiz saflaşdırma zavodunun tullatılarını çaya axıdıb. Həmçinin onlar mənfur xislətlərindən qalmadan əllərinə keçəni çaylara axıdır və o da gəlib Araz çayına tökülür. Nəticədə təbiətimiz və çaylarımız çirkləndirilər. Bununla bağlı da monitorinqlər gedir,  beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678