Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağdamda dörd nəfər minaya düşdü, ölən və yaralılar var

125 Baxış

Ağdam rayonunda dörd mülki şəxs piyada əleyhinə minaya düşüb.

Trend-in məlumatına görə, hadisə rayonun işğaldan azad edilən Yüsifcanlı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir. Minaya düşənlərə məcburiköçkünlərdir, həmin əraziyə icazəsiz səfər ediblər.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678