Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvarda yol qəzası olub, xəsarət alan var

128 Baxış

Biləsuvar rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı iki minik avtomobili toqquşub. Nəticədə xəsarət alan sürücülərdən biri, Cəbrayıl rayonunun Nüzgar kənd sakini, 1974-ci il təvəllüdlü Əliyev Yalçın İbrahim oğlu xəsarət alıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678