Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təyyar Eyvazov: “Peyvəndlənmə o qədər kütləvi deyil ki, ümumi prosesə təsir göstərsin”

111 Baxış

“Karantin qaydalarının yenidən yumşadılması yoluxma sayını artırdı”.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, ötən ilin mart ayından koronavirus infeksiyası təmasların intensivliyi ilə bağlı olaraq artıb-azalır:

“Bu hava-damcı infeksiyasıdır. Sonuncu yumşalmalar ona gətirib çıxardı ki, insanların təması artdı. Bir qisim insanlarda arxayınlıq yarandı ki, təhlükə keçdi. Havaların istiləşməsi, yazın gəlməsi, insanların sıx təması xəstəliyin aktivləşməsinə gətirib çıxardı. Belə olan halda yoluxma saylarının artması müşahidə edilir”.

O qeyd edib ki, hazırda insanların peyvənd olunması o qədər kütləvi deyil ki, ümumi prosesə təsir göstərsin:

“Pandemiyanın əvvəlki dövrlərini götürsək, insanların hamısı həssas idi və o zaman epidemiyanın yayılmasını əngəlləyən faktorlar yox idi. Bu gün o faktorlar virusu tam yox etməsə də var. Ötən ildən bu günə qədər müəyyən qisim insanlar koronavirusa yoluxub və onlarda anticisimlər yaranıb.

Həmin şəxslər ikinci dəfə virusa yoluxsa, xəstəliyi yüngül keçirəcək. Bu günə qədər yarım milyona qədər insan peyvənd olunub. Onların xeyli hissəsinə ikinci doza vurulmayıb. Lakin vaxt keçdikdə onlar da ikinci dozanı vurduracaq və bununla da süni immunitet yaranan insanların sayı artacaq. Amma bu gün həmin faktorlar hələ tam deyil. Ona görə özümüzü qorumalıyıq”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678