Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda qaz xəttinin piyadaların hərəkətinə yaratdığı maneə aradan qaldırıldı – FOTO

113 Baxış

Bakı şəhərinin Nəsimi rayonu ərazisində, Məmmədcəfər Cəfərov küçəsində çəkilən qaz xəttinin piyadaların hərəkətinə yaratdığı maneə aradan qaldırılıb.

Bu barədə Oxu.Az-a  “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.

O bildirib ki, ərazidə narahatlığa səbəb olan qaz xəttinin yeri dəyişdirilib və bərpa olunub:

 “Bu problem axşam saatlarına qədər həll olundu və artıq piyadalar səki ilə normal hərəkət edə biləcəklər”. 

Qurumun mətbuat rəhbəri qeyd edib ki, həmin səki ərazidə yeni salınıb, lakin, qaz xətti orada 10 ilə yaxındır ki, mövcuddur:

“Bu günə qədər həmin qaz xətti heç kəsə hər hansı bir problem yaratmayıb. Əraziyə baxış keçirildikdə orada abadlıq işlərinin aparıldığı görünür. Səki, təxminən 50 santimetrə qədər qalxıb. Təbii ki, bu halda oradan keçən vətəndaşların belə bir fərq qarşısında narahatlıq yaşaması mümkündür. Bu məsələ sosial şəbəkələrdə və bəzi mətbuat orqanları tərəfindən gündəmə gətirildi və biz dərhal reaksiya verdik. Məsələnin bir gün daha gecikdirilməsinə imkan vermədən problemi həll etməyə çalışdıq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678