Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda dumanlı hava şəraiti nə qədər davam edəcək? – AÇIQLAMA + VİDEO

117 Baxış

“Bu gün Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur”

Bunu Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

Onun sözlərinə görə, hazırda müşahidə olunan dumanın əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü səthin soyuması və havanın temperaturunun aşağı düşməsi ilə bağlıdır:

“Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub küləyi nəticəsində Abşeron yarımadasına daxil olub”.

“Bu cür hava şəraiti bu gün ərzində, 19-u gecə və səhər saatlarında fasilələrlə davam edəcək”, – deyə o əlavə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678