Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğaldan azad olunmuş torpaqlarda əkin prosesinə start verildi – RƏSMİ

148 Baxış

Azərbaycanın işğaldan azad olunan Cəbrayıl rayonunda yeni əkin sahələri salınır.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat verib.

O bildirib ki, hazırda Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində 27 hektardan artıq bir sahə əkin üçün hazırdır:

“Burada artıq şumlama prosesi sona çatıb. Kənd Təsərrüfatı naziri İnam Kərimov və Türkiyəli həmkarı Bekir Pakdemirli ilə birgə burada səpin işləri həyata keçiriləcək. Bu sahədə heyvandarlıqda istifadə edilən yem bitkisi əkiləcək. Bu bitki suvarılmayan sahələrdə əkilir və yüksək məhsuldarlığa malikdir. Bu torpaqlara uyğun bitki olduğundan 27 ha sahədə yem bitkisinin səpin prosesi aparılacaq. Bununla da işğaldan azad edilmiş ərazilərdə yazlıq əkinlərə start verildiyini demək olar”.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678