Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təhsil naziri: “Şagirdin dərs yükünü azaltmaq lazımdır”

117 Baxış

“Mən məktəbdaxili qiymətləndirmələrin azaldılmasının tərəfdarıyam. Fikrimcə, bu məsələ ictimaiyyətdə müzakirə olunmalıdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmədə bir neçə istiqamət əsas götürülməlidir:

“Şagirdin qiymətini yazmaq baxımından qiymətləndirmə keçirməyə ehtiyac yoxdur. Əsas şagirdin bacarıqlarının düzgün qiymətləndirilməsi lazımdır. Əvvəlcə, şagirdin dərs yükünü azaltmaq lazımdır”.

“Məktəbdaxili qiymətləndirmə ilə bağlı köklü və əsaslı müzakirələr aparılmalıdır”, – deyə nazir əlavə edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678