Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabiq icra başçısının oğlunu öldürən Vüqar Əliyevin ömürlük cəzası dəyişdirilib

120 Baxış

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən Vüqar Əliyevin cəzası yüngülləşdirilib. 

Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Əfv sərəncamında qeyd olunub.  

Sərəncama əsasən, V.Əliyevin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.  

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddələri ilə təqsirli bilinən 1981-ci il təvəllüdlü Əliyev Vüqar İbrahim oğlu Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678