Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb

139 Baxış

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub. 

Oxu.Az-ın məlumatına görə, 4 Saylı Qadın Cəzaçəkmə Müəssisəsində sərəncam 12 nəfər qadına şamil olunub. 

Onlardan 11 nəfərə arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb. Bir nəfərin isə cəzası yarıya endirilib.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678