Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağda iki DOST mərkəzi açılacaq

125 Baxış

“Qarabağda “Qarabağ dost proqramı” çərçivəsində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST mərkəzlərinin açılması planlaşdırılır”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.

O qeyd edib ki, DOST mərkəzin filialının biri Şuşa şəhərində açılacaq:

“Digər mərkəz isə Cəbrayıl, yaxud Füzuli rayonunda ola bilər. Amma hansı rayonda mərkəzin açılması ilə bağlı son qərar verilməyib”. 

F.Məmmədov əlavə edib ki, 2022-ci ildə Sumqayıt və Gəncədə DOST mərkəzlərinin açılması planlaşdırılır.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678