Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gənc atalar “Məsuliyyətli atalığın əhəmiyyətinin aşılanması” mövzusunda seminarlarda iştirak edib – FOTO

121 Baxış

“Atam məni sevir-Məsuliyyətli atalığın əhəmiyyətinin aşılanması” layihəsi çərçivəsində Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə 2021-ci il fevral-mart tarixlərində Qax, Şəki, Mingəçevir, Lənkəran və Bakı şəhərlərində gənc atalar üçün “Məsulliyyətli atalığın əhəmiyyətinin aşılanması” mövzusunda seminarlar keçirilib. 

Seminarlarda iştirak edən gənc atalar gender stereotipləri və sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ailədəki ata və ananın davranışları və onların uşaqlara təsiri və ailədəki münasibətlərdə cinsi ayrı-seçkiliyin mənfi təsiri kimi mövzularda məlumatlandırılaraq müzakirələrdə iştirak ediblər.

Layihə çərçivəsində iki gün müddətində seminarlara qatılan gənc atalara ilk növbədə gender bərabərliyi, məsuliyyətli atalıq və uşaqların böyüdülməsində ana və atanın rolu mövzusunda üç sual səslənib. Daha sonra, sosial çarxlar nümayiş olunub və səsləndirilən suallar cavablanardırılaraq ətraflı məlumat verilib. Sonda isə iştirakçılar qruplara bölünərək gələcəkdə bu istiqamətdə hansı işlər və istiqamətlərin əsas götürülməsi, məsuliyyətli atalıq və gender sterotiplərinə qarşı valideynlərin maariflənməsi istiqamətində fəaliyyətlər barəsində fikirlər səsləndiriblər.

Qeyd edək ki, “Atam məni sevir – Məsuliyyətli atalığın əhəmiyyətinin aşılanması” layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “EU4GenderEquality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində NAYORA tərəfindən təşkil edilməkdədir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678