Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabah hava necə olacaq?

132 Baxış

Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 11-14 dərəcə isti olacaq. Bakıda gecə 5-7 dərəcə  isti, gündüz 12-14 dərəcə  isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Martın 28-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678