Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğaldan azad edilmiş ərazilərə keçməyə cəhd edən şəxslər saxlanıldı – FOTO

140 Baxış

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış postdan polis əməkdaşlarının qanuni tələbini pozaraq idarəsində olduğu “Mersedes” markalı avtomobillə keçməyə cəhd göstərən Əfsər Məhərrəmov və sərnişini Mahir Həmidov saxlanılıb.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678