Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN: İki nəfər xilas edildi, bir nəfər yanıq xəsarəti aldı – VİDEO

133 Baxış

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, “112” qaynar xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 11 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 halda sursatların aşkar olunması faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb, 2 ədəd tank əleyhinə “TM-62M” təlim minası ərazidən götürülərək kənarlaşdırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678