Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətəndaş Sülh Platformasının həmsədri: “Mətbuatda oxudum ki, erməni cəmiyyəti iki düşərgəyə bölünüb”

109 Baxış

Ermənistan – Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanov 2021-ci il martın 21-də İrəvanda keçirilən mitinqdə erməni millətçi, siyasi xadim Jirayr Sefilyanın səsləndirdiyi təxribatçı ifadələrə cavab verib.

“Tezliklə siz erməni gücünü üzərinizdə hiss edəcəksiniz”, – Sefilyan mitinqdə Azərbaycan rəhbərliyinin ünvanına deyib.

Ağacanov Sefilyana cavabında qeyd edib ki, Sefilyan 2020-ci ilin sentyabr-noyabr aylarında Qarabağda müharibə zamanı Azərbaycan xalqı və Ordusunun hələ tam gücünü hiss etməyib.

“Mətbuatda oxudum ki, erməni cəmiyyəti iki düşərgəyə bölünüb – biriləri deyirlər ki, Azərbaycanla müharibəni davam etdirmək və qan tökmək lazımdır, digərləri isə deyirlər ki, biz artıq yüz ildir xalqların qanını axıdırıq, müharibənin nəticələrini qəbul edib və Qarabağda azərbaycanlılarla sülh şəraitində yaşamağa başlamaq lazımdır.

Erməni cəmiyyətində revanşist meyllərin gələcəyi yoxdur və çox zərərlidir, çünki Ermənistan nə demoqrafik, nə hərbi-siyasi, nə də iqtisadi cəhətdən Azərbaycana qarşı dura bilməyəcək. Sefilyan kimi revanşistlər nə təklif edirlər? O düşünür ki, Ermənistan qoşunları Azərbaycan sərhədini keçərək hücum etməlidirlər?

Ermənistan ordusu tam darmadağın ediləndən və Azərbaycan ərazilərindən qovulandan sonra o bunu necə təsəvvür edir? Mən həqiqətən Sefilyanın və onun kimilərinin psixi sağlamlığı və adekvatlığına şübhə ilə yanaşıram”, – Ağacanov “İnterfaks-Azərbaycan”a bildirib.

Sefilyana müraciət edərək Ağacanov əlavə edib: “Siz və 1990-cı ildə Livandan gələn sizin kimi yalançı vətənpərvərlər və təxribatçılar Dağlıq Qarabağda bizim üçün yaxın olan Qarabağ azərbaycanlılarına qarşı hərbi əməliyyatlarda iştirak etmisiniz.

Onları doğma yurdlarından qovaraq terror törətmisiniz. Sizə və sizin kimilərə görə bu gün erməni xalqı siyasi və iqtisadi böhran içindədir. Ermənistan və Azərbaycanın minlərlə həlak olan vətəndaşının ölümü sizin boynunuzdadır. Siz və sizin kimi fırıldaqçılar özlərinin siyasi ambisiyaları uğruna yeni hərbi münaqişəyə təşəbbüs edirsiniz.

Siz və sizin kimi yalançı təxribatçılar və yalançı vətənpərvərlər Naxçıvanı və bütün “Artsax”ı (Qarabağ), yaxın gələcəkdə isə İğdır, Qars və Ərdağanı “qaytarmaq” niyyətindəsiniz. Cənab Sefilyan, sizə cavab verirəm. Xəyali “sizin” olan əraziləri geri qaytarmayacaqsınız. Erməni xalqını aldatmayın, növbəti dəfə zərbə altına qoymayın. Ermənistan ərazilərini müəyyən edən 1923-cü il 24 iyul tarixli Lozanna Sülh müqaviləsini sizə xatırlatmaq istərdim. Beynəlxalq hüquq və bütün dünya tərəfindən tanınmış Ermənistan və Azərbaycan sərhədləri var. Siz nəhayət bunu anlamalısınız, amma cinayətkar və terrorçu bunu necə anlaya bilər?”, – deyə Ağacanov fikirlərinə yekun vurub. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678