Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“SOCAR Türkiyə”dən koronavirusun üçüncü dalğası ilə bağlı XƏBƏRDARLIQ

121 Baxış

Koronavirusun (COVID-19) üçüncü dalğası dünyada neft emalı zavodları üçün böyük risk kəsb edir.

Bunu “Anadolu” agentliyinə müsahibəsində SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodu (NEZ) və “Petkim Petrokimya Holdinq”in baş direktoru Anar Məmmədov deyib.

O bildirib ki, Avropada səmərəsiz fəaliyyət göstərən neft emalı zavodlarının bağlanması Türkiyə üçün fürsət yarada bilər:

“Bəzi oyunçular bazardan çıxmaq məcburiyyətində qalacaq. Dünyanın hər yerində olduğu kimi turizmlə bağlı məhdudiyyətlərin olması aviasiya yanacağına tələbatı azaldıb. Lakin, pandemiya dövründə neft-kimya məhsullarına təlabat artsa da, üçüncü dalğa ehtimalı neft emalını həyata keçirən şirkətlər üçün böyük risk kəsb edir”.

Onun sözlərinə görə, nafta tədarükündə problemlər yaşanır və son aylarda nafta qiyməti xeyli artıb: 

“Əsas xammalımız nafta olduğundan ciddi bir təzyiqlə üzləşdik. Lakin məhsullarımıza ehtiyac da yüksəkdir. Hər il neft-kimya məhsullarına tələb 3 faizə qədər artır və pandemiyaya görə tələbin bir qədər də artdığını müşahidə edirik”. 

Anar Məmmədov qeyd edib ki, ilin ikinci yarısında dünya iqtisadiyyatında canlanma gözlənilir və bu, növbəti bir-neçə ay ərzində yaşana bilər:

“Gələcəkdə neft emalı bazarında ciddi dəyişikliklər gözlənilir. Neft emalı məhsullarına olan tələbin 2030-cu ilə qədər azalacağını proqnozlaşdırırıq. Bazar daraldıqca oyunçu sayında da dəyişikliklər olacaq və rəqabət artacaq”.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678