Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Balakəndə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb – FOTO

118 Baxış

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə edilən məlumat əsasında keçirilən əməliyyat zamanı Balakən rayonunun Gərəkli kənd sakini Ramazan Maqamedov tutulub. 

Onun üzərində şəxsi axtarış zamanı 24 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. R.Maqamedovun Mahamalar kəndindəki evinə də baxış keçirilib və oradan 4 kiloqram qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678