Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərkosmos”un ölkəyə gətirdiyi gəlirin həcmi artıb – FOTO

136 Baxış

2021-ci ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 8,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. 

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayında məlumat verilib.

2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ixrac dəyəri 1,2 faiz artıb. İxrac olunan xidmətlərə peyk telekommunikasiya və optik peyk xidmətləri daxildir.  

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

2021-ci ilin fevral ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2021-ci ilin yanvar-fevral ayları ərzində daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Pakistan qərarlaşıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678