Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İstifadə etdiyimiz maskalarda qurd var? – VİDEO

126 Baxış

Bakıda tibbi maskaların birinin üzərində aparılan kiçik təcrübə geniş müzakirələrə səbəb olub.

Belə ki, sosial şəbəkədə maskadan nano qurd çıxması barədə video paylaşılıb.

Məsələnin doğruluğunu dəqiqləşdirmək üçün Baku TV Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti Sədrəddin Atakişizadənin münasibətini öyrənib.

S.Atakişizadə bildirib ki, maskalarda elə qurd ola bilməz:

“Materialı istehsal edilərkən bir neçə mərhələdən keçir. Sonda isə qaynar ütü ilə ütülənir. Burada heç bir canlı varlıqdan söhbət gedə bilməz. Heç bir maskada qurd uzun müddət yaşaya bilməz. Çünkü orada onun inkişafı və yaşaması üçün qidalı mühit də yoxdur”.

Qeyd edək ki, oxşar videolar bir müddət əvvəl sosial şəbəkələrin Qazaxıstan seqmentində də yayılıb. Lakin tezliklə bu ehtimalın həqiqətə uyğun olmadığı aydın olub. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678