Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sumqayıtda koronavirusdan neçə müəllim vəfat edib? – RƏSMİ

117 Baxış

Sumqayıtda bu günə qədər koronavirusdan ölən müəllimlərin sayı açıqlanıb. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Şöbənin böyük məsləhətçisi Reyhanə Rüstəmovanın sözlərinə görə, bu günə qədər Sumqayıt şəhərində fəaliyyət göstərən tam orta məktəblərdə koronavirusa yoluxan müəllimlərdən doqquz nəfər vəfat edib:

“Bütün təhsil müəssisələrində olduğu kimi, Sumqayıtda da müəllimlər arasında yoluxmalar olub. Təəssüf olsun ki, doqquz nəfər aparılan müalicələrə rəğmən vəfat edib. Bu günə qədər şəhərdə cəmi iki 14 və 28 saylı tam orta məktəblər distant təhsilə keçirilib”.

Qeyd edək ki, bu günə qədər Sumqayıtda 276 müəllimdə koronavirus aşkarlanıb.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678