Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İdris İsmayılov: “İskəndər” raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil”

136 Baxış

Şuşa ərtafında qalıqları tapılan “İskəndər” raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil. 

Oxu.Az-ın məlumatına görə, bu sözləri ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov deyib. 

O bildirib ki, raketlərin Ermənistanın hansı istiqamətindən atıldığını xüsusi radar vasitəsilə müəyyənləşdirmək olur: 

“Bizdə hazırda bu barədə məlumat yoxdur. Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil. 

ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir. Biz Şuşada bir-birindən 780 metr aralıqda düşən raket qalıqları aşkar etmişik. Onlardan biri Şimal-Şərq istiqamətinə, digəri isə onun əks istiqamətində aşkarlanıb. Raketin qalıqları əsasında onun hansı modelə aid olduğu aydınlaşdırılır. Çünki bu raketin “M”, “K”, “E”, “F” növləri var”.

Könül Cəfərli

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678