Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat yeni 5 manatlıq əsginaslara etiraz etdi

115 Baxış

Milli Məclisin iclasında deputat Məlahət İbrahimqızı yeni 5 manatlıq əsginaslarla bağlı etirazını bildirib.

Oxu.Az-ın xəbərinə görə, M.İbrahimqızı deyib ki, keçmiş əsginaslarda azərbaycanlıların qədim xalq olduğuna diqqət çəkilib.

Millət vəkili yeni 5 manatlıq əsginaslarda tarixi simvolların əksəriyyətinin çıxarıldığını deyib.

“Yeni buraxılan 5 manatlıqda yalnız bir neçə rəmz var”, – deyə o əlavə edib.

Onun fikrincə, bu pul vahidlərində ən azı Azıx mağarasının əksini tapması yaxşı olardı.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni dizaynda 1, 5 və 50 manatlıq pul nişanları 2021-ci il yanvar ayından tədavülə buraxılıb.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678