Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aqil Abbas hərbi hospitalı “topa tutdu”

128 Baxış

Milli Məclisin iclasında deputat Aqil Abbas qazilərin problemlərindən danışıb.

Oxu.Az-ın məlumatına əsasən, A.Abbas deyib ki, hərbi hospitalın (Silahlı Qüvvələrin Baş Klinik Hospitalı) işi ürəkaçan deyil.

“Bir resept yazırlar və deyirlər ki, get, dərmanı özün al. Hansı pulla alsın?! Bu insanlara əlillik dərəcəsi belə verilməyib. Məsələn, Daxili İşlər Nazirliyinin hospitalında nəinki polislər, onların ata anası da oradan istifadə edə bilirlər. Ancaq bizim hərbi hospital deyir ki, get özün müalicə al”, – deyə A.Abbas etiraz edib.

O, Müdafiə Nazirliyinin hospitalının niyə bu işlə ciddi məşğul olmadığını sual edib.

“İnsanlar rayondan gəlir. YAŞAT Fondu sağ olsun hər şey edir. Niyə hərbi hospital bunları etmir?”.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678