Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Kontakt Home” avtomobil satışına başladı – VİDEO

212 Baxış

“Kontakt Home” mağazalar şəbəkəsinin “1 aprel – Gülüş günü” münasibətilə rəsmi sosial media səhifəsində paylaşdığı videoçarx böyük maraqla qarşılanıb.

Paylaşımda “Kontakt Home”un elektrik avtomobillərinin satışına başladığı deyilir. Şəbəkənin mütəxəssisləri video boyunca elektrik avtomobillərin təbiət üçün müsbət tərəflərindən və satışa çıxarılma prosesindən danışırlar. İzləyici yalnız videonun sonunda söhbətin real avtomobillərdən deyil, onların uşaqlar üçün nəzərdə tutulan prototipindən getdiyini öyrənir.

Qeyd edək ki, “Kontakt Home”da həqiqətən uşaqlar üçün elektromobillər təqdim olunub.

Elektromobillərin çeşidi və alış şərtləri ilə tanış olmaq üçün kontakt.az saytına keçid edə bilərsiniz.

Böyük maraq cəlb edən videoçarxı buradan izləyə bilərsiniz:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678