Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gənclər təşkilatlarının media ilə işi gücləndirilir – FOTO

122 Baxış

Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər təşkilatlarının sosial və ənənəvi mediada fəaliyyətinin daha da uğurlu qurulması üçün “Gənclik SəsimİZ” layihəsi həyata keçirilir.

Məlumdur ki, hazırda media, xüsusilə də sosial platformalar gənclər arasında ən geniş yayılmış informasiya vasitəsidir. Sosial şəbəkələrin günü-gündən əhəmiyyətini artırdığı bir dövrdə gənclər təşkilatlarının mediada uğurlu fəaliyyəti daha aktuallaşır. Layihənin əsas məqsədi də məhz elə gənclər təşkilatlarının 4 modul üzrə – ictimaiyyətlə əlaqələr, media ilə əlaqələr, sosial media idarəsi və natiqlik üzrə bacarıqlarını inkişaf etdirməklə gənclər təşkilatlarının daha çox gənci əhatə edəcək fəaliyyətlərini stimullaşdırmaqdır.

“Gənclik SəsimİZ” layihəsi çərçivəsində gənclər təşkilatlarının kütləvi informasiya vasitələri ilə əlaqələrinin qurulması və sosial mediada fəaliyyətlərinin inkişaf etdirilməsi istiqamətində 8 təlim həyata keçirilib. Layihə çərçivəsində gənclər təşkilatlarının ictimaiyyətlə əlaqələr üzrə nümayəndələri və ya rəhbər şəxsləri təlimlərdə iştirak edib. Təlimlərlə yanaşı gənclər və gənclər təşkilatlarının iştirakı ilə media sahəsində ixtisaslaşmış məşhur şəxslərlə görüşlər, televiziya və radio kanalları ilə isə infosessiyalar keçiriləcəkdir. Qeyd edək ki, ilk görüş “ASAN radio”-nun rəhbəri Emin Musavi ilə baş tutub.

Yaxın günlərdə layihə çərçivəsində digər görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Gənclik SəsimİZ” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678