Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həkim: “Koronavirus bizimlə daimi yaşayacaq” – VİDEO

148 Baxış

Ölkəmizdə kollektiv immunitetin yaranması üçün hələ bir neçə il gözləməliyik.

Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, bu koronavirus həyatımızda uzun müddət olacaq:

“Koronavirusla yaşayacağımızı və yol gedəcəyimizi düşünürəm. Çünki bütün infeksiyaların 70-80 faizi əmələ gələndən sonra bizimlə birgə yaşayır”.

V. Cavadzadə onu da bildirib ki, insanlar bu virusa dəfələrlə yoluxduqdan sonra qanda antitellər əmələ gələcək və sonrakı nəsillər də bu xəstəliyi yüngül keçirməyə başlayacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678