Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

NAYORA region gənclərinin inkişafı üçün hərəkətə keçib – FOTO

127 Baxış

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Avropa İttifaqının maliyyə, BMT-nin Uşaq Fondu (UNICEF) və Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə “5 rayonda Gənclərin Yerli Məşvərət Şuraları yaradılması layihəsi”ni  həyata keçirir.

Layihə çərçivəsində məşvərət şuraları tərəfindən region gəncləri üçün təlimlər və layihələr həyata keçirilib. İlk öncə məşvərət şuraları region gəncləri arasında sorğu apararaq, gəncləri narahat edən və maraqlandıran məsələləri müəyyənləşdirib. Sonra bu mövzular üzrə təlimlər və layihələr təşkil olunub.

Qazax Məşvərət Şurası tərəfindən “Gender bərabərliyinin təbliği” mövzusunda gənclər arasında maarifləndirmə işləri aparılıb. Bundan əlavə, şura üzvləri tərəfindən Qazax rayonu Heydər Əliyev Mərkəzi və Gənclər evində gender bərabərliyinin təbliği istiqamətində guşə də yaradılıb.

Guşələrin yaradılmasında əsas məqsəd gənclərin daha çox istifadə etdiyi məkanlarda layihə istiqamətinə uyğun olaraq maarifləndirilmə işinin aparılmasıdır.

Şəmkir Məşvərət Şurası tərəfindən isə “Ağacəkmə aksiyası” keçirilib. Üzvlərin fəal iştirak etdiyi aksiya çərçivəsində əvvəlcədən təyin edilmiş ərazilərdə 100 ədəd ağac əkilərək, abadlıq işləri görülüb. Sorğu zamanı öz regionunda ekoloji məsələlərin həlli yönündə səylə çalışmaq istədiklərini vurğulayan Şəmkir gəncləri “Tullantılardan təkrar istifadə” və “İnsanların ətraf mühitə təsiri” mövzusunda təlimlərdə fəal iştirak ediblər.

“Sağlamlıq, qidalanma və psixologiyada sağlam həyat tərzinin təbliği” mövzularına xüsusi diqqət yetirən və təlimlər həyata keçirən Tovuz Məşvərət Şurası gənclərin maariflənməsi işinə dəstək olub. Bundan əlavə, Biləsuvar və Xəzər rayonlarında da təlimlər artıq yekunlaşıb və Xəzər rayonunda yerləşən parklardan birinin yenidən bərpası həyata keçirilib. Biləsuvar rayonunda isə COVID-19 virusu ilə bağlı maarifləndirmə guşəsinin təsis edilməsi planlaşdırılır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678