Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda toz dumanı müşahidə olunur

127 Baxış

Havada toz dumanı müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə bu gün səhər saatlarında Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan çox olduğu müəyyən edilib.

Müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. 

Buna səbəb ölkə ərazisinə daxil olan güclü şimal-qərb istiqamətli küləklərin istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrini atmosferin yuxarı təbəqələrinə qaldırmasıdır. 

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.4 dəfə artıqdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678