Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dini konfessiya rəhbərləri Ağdam Şəhidlər xiyabanını, Qarabağ xanlarının abidəsini ziyarət edib

117 Baxış

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədirlər.

“Report” xəbər verir ki, səfər iştirakçıları daha sonra Azərbaycanın Milli Qəhrəmanları – Allahverdi Bağırov, Əlabbas İsgəndərov və digərlərinin məzarını ziyarət ediblər, şəhidlərin ruhuna dualar oxuyublar.

Eləcə də, səfər iştirakçıları Qarabağ xanlarının abidələr kompleksini və İmarət qəbiristanlığını ziyarət ediblər.

Onlar Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar.

Daha sonra səfər iştirakçıları Ağdam məscidinə yola düşüblər. Din xadimləri məsciddə namaz qılacaqlar.

Qeyd edək ki, səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili və digər din xadimləri iştirak edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678