Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bahar Muradova BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardinlə görüşüb – FOTO

120 Baxış

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardinlə görüşüb.

Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı “Azərbaycan üzrə 2021-2025-ci illər üçün yeni Ölkə Proqramı”nın müzakirəsi keçirilib. Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova və UNİCEF-in nümayəndələri Vüqar Salmanov və Tamerlan Rəcəbov iştirak ediblər.

Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, müharibə dövründə keçirilən görüşlərdə narahatlıqla müharibənin çətinlikləri haqqında danışırdıqsa, bu gün qələbədən doğan qürur hissi ilə böyük quruculuq işlərinin həyata keçirildiyi ərəfədəyik:

“Siz də bütün bu baş verən hadisələrə qarşı biganə qalmadınız, belə hadisələrdən əziyyət çəkən uşaqların hansı bəlalarla üz-üzə gəldiyinin canlı şahidi oldunuz. Beynəlxalq təşkilatın nümayəndələri olaraq vaxtaşırı işğaldan azad olunmuş ərzilərdə olursunuz və hər şeyi öz gözlərinizlə görürsünüz.

Münaqişədən əziyyət çəkən uşaqlarla əlaqədar olaraq BMT Uşaq Fondu, Dövlət Komitəsi və ictimai təşkilatlarla birgə həyata keçirilən tədbirlər, xüsusilə zərər çəkənlərin qiymətləndirilməsi və onlarla aparılan psixo-sosial işi xüsusi vurğulamaq istərdim. Pandemiya və hərbi vəziyyət dövründə yüksək səviyyəli əməkdaşlıq nümayiş etdirdiniz və mən əminəm ki, bundan sonrakı birgə fəaliyyətimiz də bu qaydada davam edəcəkdir”.

Müharibədən sonrakı dönəmdə əsas məqsədin sülh və dayanıqlılığı təmin etmək, müharibədən zərər çəkən insanların, qadın və uşaqların problemlərinin sürətli şəkildə həll edilməsi olduğunu qeyd edən Komitə sədri bildirib ki, bizim borcumuz həmin insanların həyat və rifahını yaxşılaşdırmaqdır. İşğaldan azad edilmiş torpaqlarımızda insanlar üçün yaşayışın təmin edilməsi üçün daha artıq zaman, məsrəf və güc tələb olunur.

BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Edvard Karvardin son 6 ayın Azərbaycan üçün tarixi bir dövr olduğunu qeyd edərək növbəti 5 il ərzində görüləcək fəaliyyətlərlə əlaqədar ölkə üzrə yeni proqramın qəbul edildiyini diqqətə çatdırıb.

E.Karvardin bildirib ki, bu gün vacib məsələlərdən biri də ictimaiyyətin diqqətini erkən uşaqlıq dövründə uşaq inkişafına və pozitiv valideynlik məsələsinə yönəltməkdir. Eyni zamanda regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin xidmətlərinin daha da inkişaf etdirilməsi, yeni imkanların tətbiq edilməsi də mühüm əhəmiyyət kəsb edir.

O vurğulayıb ki, müharibədən sonrakı mərhələdə zərərçəkmiş uşaqlarla psixososial işin gücləndirilməsi və daha da genişləndirilməsi, eləcə də pandemiyanın yaratdığı fəsadlar səbəbindən cəmiyyətdə artan mənfi halların qarşısının alınmasında dəstəyin göstərilməsi də nəzərdə tutulan məsələlər sırasındadır.

Bir sıra ölkələrdə uşaqlar üçün münasib icmanın formalaşması modelinin mövcud olduğunu qeyd edən E.Karvardin işğaldan azad olunmuş Azərbaycan ərazilərində də uşaq və gənclər üçün uyğun mühitin yaradılması ilə bağlı hazırladığı konseptual sənədi tanış olması və qiymətləndirməsi üçün Bahar Muradovaya təqdim edib. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678