Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR-ın reytinqi üzrə proqnoz yaxşılaşdırılıb

127 Baxış

“Moody’s Rating” beynəlxalq reytinq agentliyi Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) reytinqinin proqnozunu dəyişib.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, SOCAR-ın reytinqi üzrə proqnoz “sabit”dən “müsbət”ə doğru dəyişdirilib.

Həmçinin Dövlət Neft Şirkətinin kredit reytinqi “Ba2”, defolt reytinqi “Ba2-PD”, baza kredit qiymətləndirməsini “b1” və SOCAR-ın yüksək təminatsız notlarının reytinqini “Ba2” səviyyəsində təsdiqləyib.

Şirkətin uzunmüddətli emitent və yüksək təminatsız borc reytinqləri “Ba2” səviyyəsində təsdiq edilib.

Bildirilib ki, “müsbət” proqnoz şirkətin fəaliyyətinə uyğundur və SOCAR-ın dövlətlə möhkəm kredit əlaqələri, həmçinin Azərbaycanda iş və makroiqtisadi mühitə təsirini əks etdirir.

Nəticə etibarilə makroiqtisadi mühitin SOCAR-ın əməliyyat və kredit profilini dəstəkləyərək tədricən daha da yaxşılaşdıracağı gözlənilir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678