Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda universitet müəllimi dərs zamanı öldü

124 Baxış

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi vəfat edib.

“Report” xəbər verir ki, AzMİU-nun Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev onlayn dərs deyən zaman ürəktutmadan dünyasını dəyişib.

62 yaşlı müəllim doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub.

Qeyd edək ki, Soltan Səbzəliyev 25 ildən artıq AzMİU-da çalışıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678