Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Çoxmərtəbəli binada az olmayan problemlər – VİDEO

129 Baxış

Mingəçevir şəhəri Nigar Rəfibəyli küçəsi 13/1 ünvanın sakinləri yaşadıqları binanın zirzəmisinə kanalizasiya sularının axmasından şikayət edirlər. 

Baku TV xəbər verir ki, kanalizasiya xəttlərinin işlək olmaması zirzəminin su ilə dolmasına səbəb olub.

Nəticədə üfunət qoxusu dəhlizlərlə evlərin içinə dolur. Həmin kəskin qoxunu hətta binanın 12-ci mərtəbəsində də hiss etmək olur. 

Sakinlər deyir ki, xüsusən yay aylarında vəziyyət daha acınacaqlı olur. Kəskin qoxu qalsın bir yana, ağcaqanadların əlindən evdə oturmaq olmur.

Mövcud problemlə bağlı üz tutduq Mingəçevir Sukanal İdarəsinə. İdarədən şifahi olaraq bildirildi ki, qeyd olunan ünvanda baş verən qəza aradan qaldırılacaq. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678