Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xidmət rəisi: “Vəfat edən işçinin vərəsəsinə verilən müavinətdən sosial sığorta haqqı tutulmur”

115 Baxış

İşçinin vəfatı ilə əlaqədər əmək müqaviləsinə xitam verildikdə vəfat edən şəxsin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı “Vəfat edən işçinin vərəsəsinə müəssisə tərəfindən hesablanan müavinətdən hansı tutulmalar aparıla bilər?” sualına cavab verərkən deyib.

O bildirib ki, bu, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsində öz əksini tapıb:

“Sosial Sığorta haqqında qanunun 15-ci maddəsinə əsasən, bu müavinətdən sosial sığorta haqqı tutulmur. Eyni zamanda Əmək Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsində də işdənçıxma müavinəti və qanunvericiliyə uyğun olaraq vergi tutulmayan digər ödənclərin məbləğlərdən tutulmalara yol verilmir. Digər məsələlər isə Vergilər Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678