Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həkim: “Vaksinasiyadan keçən şəxs COVID-19 xəstəsi ilə ünsiyyətdə olarsa, yoluxa bilər” – DİQQƏT

117 Baxış

Ölkəmizdə yanvarın 18-dən etibarən koronavirusa qarşı vaksinasiya prosesi başlayıb və davam etməkdədir. Bu müddət ərzində vaksin vurduran insanlar arasında bəzi suallar yaranıb. Belə ki, insanların əsas müzakirə etdiyi “peyvənd vurulan insanlar özlərini necə qorumalı, hansı qaydalara riayət etməlidir?”, “peyvənd almamış insanlarla ünsiyyətdə olmaq təhlükəlidirmi?”, “vaksinasiyadan sonra insan bu virusa yoluxa bilərmi?” suallarıdır. 

Oxu.Az Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Bəylər İmanovla bu və digər suallara cavab axtarıb.

Həkim bildirib ki, koronavirusa qarşı peyvənddən sonra bir çox insanlarda yaranan suallardan biri vaksinasiyadan sonra insan bu virusa yoluxa bilər ya yox məsələsidir:

“Vaksin infeksiyadan 100 % qorumasa da, hələlik bütün dünya həkimləri koronavirusa qarşı ən effektiv üsul kimi vaksinasiyanı seçib. Peyvənd olunmuş insanlar da virusa yoluxa bilər, lakin xəstəliyi ağırlaşmalar olmadan, fəsadsız keçirirlər. Məsələn, peyvənd almış insan bir ay ərzində koronaviruslu xəstə ilə ünsiyyətdə olarsa, yoluxa bilər, ancaq bu zaman o, xəstəliyi daha yüngül keçirəcək. Koronavirus infeksiyasına qarşı vaksin vurulduqdan sonra mütləq profilaktika tədbirlərinə riayət olunmalıdır. 

COVİD-19 infeksiyasına yoluxmamaq üçün kütləvi tədbirlərdən uzaq olmaq, gigiyenik qaydalara ciddi riayət etmək, maska və əllərin tez-tez yuyulması rejimini gündəlik həyat tərzi kimi qəbul etmək, sosial məsafə saxlamaq lazımdır”.

Peyvənd olunduqdan sonra insanların xüsusilə diqqət etməli olduğu məqamlara toxunan həkim qeyd edib ki, üç gün ərzində hamam və saunalardan imtina etmək lazımdır:

“Həmçinin, fiziki yüklərdən azad olmaq məsləhətdir. Alkoqollu içkilərdən imtina etmək mütləqdir. Peyvənddən sonra bir qədər istirahət etmək lazımdır. Vaksinasiyadan sonra qida rasionuna diqqət etmək zəruridir. Çalışın orqanizmdə D vitamini səviyyəsini lazımi həddə saxlayasınız. Zülal tərkibli məhsullar qəbul edin. Bu, daha çox ət, balıq və yumurtada olur. Fikir verin ki, qida rasionunuzda bu qidalar və digər vitaminlə zəngin məhsullar bol olsun. Həmçinin çalışın soyuqlamayın, çox istidə də olmayın. Stressdən uzaq durun və allergiyanız olan məhsulları qəbul etməyin. Hamiləliyin planlaşdırılmasını peyvənd olunduqdan 2-3 ay sonraya saxlamaq məsləhətdir. Vaksinasiyadan qabaq hamiləlik planlaşdıran qadınlara da bu barədə məlumat verilir”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678