Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gömrük xidməti mayoruna yeni vəzifə verildi – FOTO

125 Baxış

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun “Analitik Ekspertiza Mərkəzi”nə yeni müdir təyin edilib. 

Oxu.Az-ın məlumatına görə, mərkəzin direktoru vəzifəsinə gömrük xidməti mayoru, əczaçılıq üzrə fəlsəfə doktoru Fərid Əliyev təyinat alıb.

O, bundan əvvəl Mərkəzi Gömrük Hospitalının Alqı-satqı və təchizat şöbəsinin rəisi vəzifəsində çalışıb.

Fərid Əliyev 2002-ci ildə Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsini bitirib, 2004-2018-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində çalışıb. 2018-cı ildən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalında menecer, sonra isə Alqı-satqı və təchizat şöbəsinin rəisi vəzifələrində çalışıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678