Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“GiLTEX” müştərilərini Sumqayıtda yeni mağazasında salamlamağa hazırdır – FOTO/VİDEO

141 Baxış

Ev tekstil məhsullarının çoxsaylı müştərilərini və ölkənin tikiş peşəkərlarını sevindirərək, Azərbaycanın aparıcı tekstil istehsalıçısı olan “Gilan Tekstil Parkı” MMC 2021-ci ilin aprelin 9-da “GiLTEX” ev tekstili və parça mağazasını yeni ünvanda – Sumqayıt şəhərində açıb.

“GiLTEX”in yeni mağazasında yataq dəstləri, yorğan, yastıqlar, hamam dəsmalları, xalatlar və digər müxtəlif ev tekstili məhsulları ilə yanaşı bu milli brendin istehsal etdiyi müxtəlif növ parça məhsulları da satış üçün təqdim edilir.

“Yaşanan pandemiya çətinliklərinə baxmayaraq “GiLTEX”in yenilənmiş tərtibatda mağazasının açılışı bizə dəyərli müştərilərimizə daha yaxın olmaq və artan tələbatlarını qarşılamağa kömək edəcəkdir. Sevindirici haldır ki, mağazanın təmiri zamanı müştərilər daima mağazanın açılışını gözlədiklərini bildirirdilər. Bu dəstəyə görə onlara minnətdarıq”,-deyə açılış tədbirində müştəriləri salamlayan “Gilan Tekstil Parkı” MMC-nin Baş direktoru Mehriban Axundova vurğulayıb.

“GiLTEX” ənənəvi satış kanallarının geniləşdirilməsi ilə bərabər innovativ satış kanallarını da inkişaf etdirməyə davam edir. Hazırda oflayn satışlardan əlavə olaraq müştərilər, “GiLTEX”in ölkədə və xaricdə tanınmış yüksək keyfiyyətli pambıq tekstil məhsullarını store.giltex.az onlayn mağazası vasitəsilə də əldə edə bilərlər.

Yeni mağazanın açılışı münasibətilə 2021-ci aprel ayının 20-dək alışveriş edən müştəriləri müxtəlif hədiyyələr və endirimlər gözləyir. “GiLTEX” yeni ünvanda müştərilərini salamlamağa hazırdır!

Şirkət haqqında:

“Gilan Tekstil Parkı” MMC Cənubi Qafqaz regionunda yeganə vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş iplik, iki toxuma, iki boyama, tikiş və tibbi maska fabriklərindən ibarət təsisdir. GTP əsas xammal kimi Azərbaycan məhsulu pambıqdan olan mahlıcdan iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edir. Əlavə məlumat üçün şirkətin saytına www.giltex.az və ya şirkətin rəsmi sosial şəbəkələrinə müraciət etmək mümkündür. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678