Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabirabadda koronavirusdan da ciddi təhlükə: “İçməli su kanalı zibilliyə çevrilib” – FOTO/VİDEO

130 Baxış

Sabirabad rayonunda içməli su kanalı xəstəlik mənbəyidir. 

Bu barədə Oxu.Az-a Sabirabad rayon sakini Cavid Əliyev məlumat verib.

O bildirib ki, rayonun Sabir içməli su kanalı məişət tullantıları ilə dolub-daşır:

“Buraya tullanan zibillərin haradan və kim tərəfindən gətirildiyini bilmirik. Amma məsələ artıq çox ciddi hal alıb. Ərazi xəstəlik mənbəyinə çevrilib. Bu su kanalından 15 kəndin sakinləri istifadə edir. Sizcə bu sudan içmək olarmı?!

Sabir içməli su kanalında içki qablarından, ölü heyvanlardan, məişət tullantılardan tutmuş, hər şey tapmaq olar. Bir neçə dəfə ərazi təmizlənib, amma bu problemi həll etməyib. Heç kim məsələyə nəzarət etmir ki, görək bu tullantıları bura kim atır. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Bizim şikayətimizə baxılmır. Çox xahiş edirəm vətəndaşların istifadə etdiyi içməli su kanalına nəzarət olunsun”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, əməkdaşlar tərəfindən dərhal əraziyə baxış keçirilib:

“Sözügedən ərazidə mütəmadi olaraq təmizləmə işləri aparılır. Lakin, buna baxmayaraq axın səbəbindən tullantılar bir tərəfə yığılaraq xoş olmayan mənzərə yaradır. Operativ şəkildə nazirlik əməkdaşlarının nəzarəti altında Sabirabad suvarma sistemləri idarəsinin işçiləri tərəfindən Sabir içməli su kanalında təmizlik işləri həyata keçirilib”. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678